AZ

Paşinyan: “Bütün dünyanın səfirlərini bir yerə yığsaq, yenə erməniləri Bakıdan ala bilməyəcəyik”

“Azərbaycana göndərdiyimiz təklifləri açıqlaya bilmərik”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, İrəvan Azərbaycanın cavabını aldıqdan sonra daha ətraflı təhlil aparılacaq. “Bu, iki səbəbə görə baş verə bilər: Azərbaycan razıdır və bu, açıqlanmalıdır. İkincisi, Azərbaycan razı deyil və bu, bizə bunu ictimailəşdirməyə mənəvi haqq verəcək”.

Paşinyan Bakıda mühakimə olunan erməni terrorçularının məsələsinə də toxunub. O deyib ki, onlar məsələni davamlı olaraq qalıdırırlar. “Bizim dünyanı daha yaxından tanımaq problemimiz var. Bizə elə gəlir ki, bütün səfirləri dəvət etsək, məsələ həll olunacaq. Xeyr, bu doğru deyil”.

Seçilən
36
tribunainfo.az

1Mənbələr