AZ

Taksi sürücüləri etiraz aksiyasına başlayıblar

Gürcüstanın paytaxtında “Bolt”, “Yandex” və “Maksim”in taksi sürücüləri etiraza başlayıblar. Mətbuat yazır ki, başqa ölkələrdən gələn həmkarlarının iş şəraiti və işə qəbul qaydaları onları qane etmir.

“Onlar heç bir sənəd olmadan müxtəlif ölkələrdən sürücüləri işə götürürlər. Onların nə gürcü sürücülük vəsiqəsi, nə də cinayətinin olmaması haqqında arayış yoxdur ki, bu da qlobal problem yaradır və müştərilərimiz üçün təhlükə yaradır”, – taksi sürücüləri bildiriblər.

Onlar hesab edirlər ki, taksilərdə sərt qaydaların olmaması sənayeyə olan inamı sarsıdır. Etirazçılar onu da qeyd ediblər ki, əcnəbi sürücülər çox vaxt müştərilərin ünvanlarını tapa bilmirlər və yerli yol hərəkəti qaydalarını bilmirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
42
editor.az

1Mənbələr