AZ

Türkiyədə illik inflyasiya 40 faizdən aşağı düşüb

Türkiyədə illik inflyasiya 40 faizdən aşağı düşüb. 

Marja.az Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara istinadən xəbər verir ki, fevral ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 39,05 faiz artıb.

Aylıq inflyasiya 2,27 faiz təşkil edib (istehlak qiymətləri 2025-ci ilin yanvar ayına nisbətən favral ayında 2,27 faiz artıb).

Proqnoz illik inflyasiya üzrə 39,97 faiz, aylıq inflyasiya üzrə 3 faiz idi.

Fevralda illik baza inflyasiyası 40,21 faiz olub.

Ən sürətli aylıq qiymət artımı 9,92 faizlə təhsil qrupunda olub. Təhsilin ardınca 4,58 faizlə mənzil, 3,17 faizlə qida və alkoqolsuz içkilər gəlib.

Qiymətlər geyim və ayaqqabı, səhiyyə qrupları üzrə düşüb. 

Ən yüksək illik qiymət artımı da 94,90 faiz ilə təhsildə baş verib. Təhsildən sonra 70,81 faizlə mənzil, 45,90 faizlə restoran və otellər üçüncü yerdədir.

İllik istehsalçı inflyasiyası (istehsalçı qiymətləri indeksi) 25,21 faizə düşüb. Aylıq istehsalçı inflyasiyası 2,12 faiz təşkil edib.

Seçilən
40
22
marja.az

10Mənbələr