“Donya-e-eqtesad” saytı qərəzli şəkildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun təqvimində Nizami Gəncəvinin Azərbaycan şairi, Rudəkinin Tacikistan, Mövlananın (Cəlaləddin Rumi) isə Türkiyə şairi olması ilə bağlı açıqlamalara etiraz edib.
Sayt yazıb ki, bu məsələyə sərt reaksiya verilib. Saytın iddiasına əsasən, İƏT-in Mədəniyyət İnstitutu bununla bağlı yazıb: “Bəzi KİV-lərdə institutun 2025-ci ilin illik təqvimində “iranlı şairlərin” institutun digər üzv ölkələrinin şairi kimi təqdim etməsi yalandır”.
Qeyd edək ki, Nizami Gəncəvi dünyada dahi Azərbaycan şairi kimi qəbul edilsə də, indinin özündə belə İranda ona sahiblənmək iddiaları hələ də bitmir. Belə əsassız fikirlərə, İran mətbuatında daha çox rast gəlinir. İran dövlət rəsmiləri isə fürsət düşən kimi Nizaminin fars olduğunu deməkdən heç də utanmırlar.
visiontv.az