AZ

Lenovo günəş enerjisi ilə işləyən notbukunu təqdim etdi

Lenovo günəş enerjisi ilə işləyə bilən yeni notbuku - Yoga Solar PC-ni təqdim edib.

Valyuta.az xəbər verir ki, şirkət bu innovativ cihazı Mobile World Congress 2025 sərgisində nümayiş etdirib. Yoga Solar PC-nin əsas özəlliyi onun qapağında yerləşən günəş panelidir. Bu panel günəş işığını enerji mənbəyinə çevirərək cihazın batareyasını doldurmağa imkan verir. Lenovo bildirir ki, bu texnologiya istifadəçiləri kabellərdən asılılıqdan azad edəcək və açıq havada daha rahat işləməyə şərait yaradacaq.

Arxa hissəsində 84 günəş hüceyrəsi olan notbukun 24%-ə qədər daha çox enerji toplaya bildiyi vurğulanır. Lenova 20 dəqiqəlik günəş işığının notbuka 1 saatlıq işləmə müddəti qazandıra biləcəyini qeyd edir. Şirkət satış planı məlum olmasa da, cihazın bəzi texniki xüsusiyyətlərini açıqlayıb. Intel Lunar Lake prosessoru, 32 GB RAM, 1 TB yaddaş və 14 düymlük OLED ekran cihazın əsas texniki göstəriciləridir. Notbukun qalınlığı isə cəmi 15 mm təşkil edir.

Bundan əlavə, Lenovo günəş enerjisi ilə enerji toplamaq üçün xarici enerji dəsti də təqdim edib. USB-C kabeli ilə qoşulan bu aksesuar, fərqli cihazların günəş işığından enerji toplayaraq işləməsinə imkan yaradır. Lenovo Yoga Solar PC-nin satışa çıxma ehtimalı ilə bağlı rəsmi açıqlama verməyib. 

Sərvanə Rəmixanova

Seçilən
59
valyuta.az

1Mənbələr