AZ

Türkiyəli aktrisa "44" bədii filmindən video paylaşıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan "44" adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.
Oxu.Az xəbər verir ki, "44" bədii filminin baş qəhrəmanı türkiyəli aktrisa Özge Gürel "Instagram" hesabından ekran əsərinin Gəncə şəhərində baş tutan çəkilişlərinin kadrarxası görüntülərini paylaşıb.
Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar.
Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.
Qeyd edək ki, Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çəkiliş aparılan ərazidə olub.
Seçilən
35
oxu.az

1Mənbələr