İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun 1/8 final mərhələsinin "Plimut"a qarşı cavab oyunundan sonra keçirilən mətbuat konfransında sensasion açıqlama verib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı çalışdırıcı kubok oyunları üçün ayrılan topların keyfiyyətindən şikayətlənib.
"Bu toplara nəzarət etmək çox çətindir. Bu, elə çıxır ki, guya mən şikayətlənirəm, ancaq futbolçuların əksəriyyəti belə deyirdi. Əgər topun trayektoriyasına fikir verdinizsə, zərbələrin hamısı göyə gedirdi. Qapının üstündən neçə topun uçduğunu gördünüz? Başa düşürəm ki, bu biznesdir, müəyyən tərəfdaşlarla işləyirik, amma digər oyunlara baxsanız, fərq dərhal nəzərə çarpacaq", - deyə Qvardiola bildirib.
Qeyd edək ki, "Mançester Siti" Çempionşip təmsilçisi "Plimut"la görüşdə hesabda geri düşsə də, əzmkar qələbə sayəsində (3:1) 1/4 finala yüksəlib.