“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano MLS-də “Hyuston Dinamo” ilə matçda Lionel Messinin oynamamasının səbəbini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis argentinalı hücumçuya istirahət verdiyini deyib:
“Messsi kimi bədənini başa düşən futbolçu tanımıram. Sıx qrafikdən çıxmışıq və düşündük ki, Messi dincəlsə, yaxşı olar”.
“İnter Mayami” “Hyuston Dinamo”nu 4:1 hesabıyla məğlub edib. Komanda MLS-də 2 turdan sonra 4 xalla 6-cı sıradadır.