AZ

Zelenski ABŞ ilə minerallar haqqında müqavilə imzalamağa hazır olduğunu bildirib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə mineralların hasilatı barədə razılaşmanı imzalamağa hazır olduğunu açıqlayıb. Bu razılaşmanın imzalanması, ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdəki sərt mübahisədən sonra təxirə salınmışdı.
Zelenski bildirib: "Bizim siyasətimiz əvvəlki kimi davam etməkdir, konstruktiv yanaşmamız var. Əgər mineral resurslar üzrə müqaviləni imzalamağa razılaşmışıqsa, biz onu imzalamağa hazırıq. Bu müqavilə müzakirə mərhələsindədir və tərəflər razılaşarsa, imzalanacaq". O, həmçinin Ukraynanın mövqeyinin eşidilməsini istədiyini vurğulayıb. "Biz istəyirik ki, tərəfdaşlarımız bu müharibədə kiminsə təcavüzkar olduğunu unutmasınlar", - deyə Zelenski əlavə edib.

Martın 2-də Londonda Avropa liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Zelenski, Vaşinqtonda ABŞ Prezidenti ilə keçirilən gərgin görüşün nə ABŞ, nə də Ukraynaya fayda vermədiyini, yalnız Rusiya Prezidenti Vladimir Putinə fayda verdiyini bildirib. O, Ağ Evə dəvət alacağı təqdirdə geri qayıdacağını da qeyd edib. Sky News-in məlumatına görə, Zelenski jurnalistlərə verdiyi açıqlamada ABŞ administrasiyası ilə əlaqələrin olduğunu, amma bu əlaqələrin öz səviyyəsində olmadığını bildirib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
50
olaylar.az

10Mənbələr