İsrailin şimalındakı Hayfada avtovağzalda törədilən terror aktı nəticəsində 5 nəfər yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə İsrail təcili yardım xidmətinin (MDA) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan birinin vəziyyəti kritik, üç nəfərin vəziyyəti ağırdır.
“Saat 09:53-də 101 MDA qaynar xəttinə Hayfa avtovağzalında bıçaqlı hücum nəticəsində yaralanan bir neçə qurban barədə məlumat daxil olub”, - deyə qeyd edilib.
Zərintac MayisqızıMissiya.Az