AFFA -nın İntizam Komitəsi "Neftçi"nin üzvü Bassalu Sambunu diskvalifikasiya edib.
Offsideplus.az xəbər verir ki, komandanın almaniyalı futbolçusu Azərbaycan Kuboku uğrunda yarışın 1/4 final mərhələsində "Kəpəz"lə oyunda (1:0) qaydaları pozmaqda günahlandırılır.
Belə ki, Sambu matçın 58-ci dəqiqəsində rəqib futbolçuya qarşı kobud hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Hücumçu 2 oyunluq cəzalandırılmaqla yanaşı, "Neftçi"yə 1500 manat cərimə kəsilib.
Qeyd edək ki, Bakı klubunun məşqçi korpusu və texnki heyətin nümayəndələri Sambunun qırmızı vərqə almasını ədalətsiz qərar sayırdılar. Hətta baş məşqçi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında əsəblərinə hakim çıxa bilməyərək, "VAR-ı rədd eləmək lazımdır" ifadəsini işlətmişdi. Epizoda məhz VAR-da baxıldıqdan sonra futbolçu meydançadan qovulmuşdu.