AZ

VTB (Azərbaycan) yeni kredit kampaniyasına start verdi

Bakı. Trend:

VTB (Azərbaycan) martın 3-dən etibarən 36 ayadək kreditlər üzrəNovruz bayramı ərəfəsində “Komissiyasız nağd kredit” kampaniyasınastart verir. Məhsulu həm SİMA yeni nəsil rəqəmsal imza, həm dəbankın filiallarından əldə etmək olar.

“Nağd kredit əhali arasında ən populyar məhsullarımızdanbiridir. 2024-cü ilin sonuna bankımızın nağd pul kreditləri üzrəkredit portfelinin həcmi 100 milyon manata çatıb, bu da 2023-cüillə müqayisədə 33% çoxdur. Novruz bayramı ərəfəsində ənənəviolaraq kreditlərə tələbat artır. Buna görə də biz müştərilərin özmaliyyə ehtiyaclarını daha rahat həll edə bilmələri üçünvəsaitlərin alınması prosesini daha da sadələşdirdik”, - deyə, VTB(Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafıDepartamentinin direktoru Yevgeni Borodinbildirib.

Bank VTB (Azərbaycan)-ın müştəriləri illik 10,49%-dan başlayanfaiz dərəcəsi ilə 300 manatdan 50 min manatadək istehlak kreditləriüçün müraciət edə bilərlər.

Seçilən
6
3
az.trend.az

4Mənbələr