AZ

Ronaldo İspaniyanın nəhəng klubunu satın alır

Karyerasını "Əl-Nəsr"də davam etdirən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo İspaniyanın "Valensiya" klubunu satın almağa hazırlaşır.

İddiaya görə, Ronaldo ilə "Valensiya"nın sahibi Piter Lim arasında məsələ ilə bağlı danışıqlar aparılıb.
Bildirilib ki, razılıq əldə olunsa portuqaliyalı futbolçu klubun əsas səhmdarı ola bilər.
Qeyd edək ki, karyerasını bitirdikdən sonra İspaniyada yaşamaq istəyən Ronaldo bu böyük əməliyyat həyata keçirmək üçün Səudiyyə Ərəbistanı kral ailəsinə bağlı investisiya fondlarından maliyyə dəstəyi alacaq.
Xatırladaq ki, 1919-cu ildə qurulan "Valensiya" klubunun aktivində 6 La Liqa çempionluğu, 1 UEFA Kuboku, 1 UEFA Kuboklar Kuboku və 2 UEFA Super Kuboku mövcuddur.

Seçilən
7
3
bolge.tv

4Mənbələr