AZ

Orta aylıq maaşın ən çox artdığı - 10 SAHƏ - SİYAHI

2024-cü il üzrə İqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının illik müqayisəsi üzrə göstəricilər açıqlanıb.

Azərbaycanda banklara manatla ən az və ən çox əmanət yerləşdirən - RAYONLAR VƏ ŞƏHƏRLƏR - SİYAHI (YANVAR/2025)

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə iqtisadiyyatın bütün sahələri üzrə ümumi orta aylıq əmək haqqı 1 009 manat bərabər olub, Bu 2023-cü ilə nisbətən 75 manat, başqa sözlə 8,1% çoxdur,

Ötən il üzrə ümumilikdə orta aylıq əmək haqqı mədənçıxarma sənayesində 3,6 min manata yaxın, maliyyə və sığorta fəaliyyəti üzrə 2,7 min manat, peşə və elmi texniki fəaliyyət üzrə 1,7 min manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat üzrə 1,4 min manat, kimya sənayesi üzrə 1,4 min manat, digər sahələrdə xidmətlərin göstərilməsi üzrə 1,3 min manat, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,3 min manat təşkil edib,

İllik müqayisədə orta aylıq əmək haqqı mədənçıxarma sənayesində 214 manat (6,4%) maliyyə və sığorta fəaliyyəti üzrə 355 manat (15,4%), peşə və elmi texniki fəaliyyət üzrə 138 manat (8,7%), dövlət idarəetməsi və müdafiə; sosial təminat üzrə 60 manat (4,5%), kimya sənayesi üzrə 176 manat (13,8%) civarında olub.

Bundan başqa, digər sahələrdə xidmətlərin göstərilməsi üzrə 206,8 manat (18,6%), nəqliyyat və anbar təsərrüfatı üzrə 117,9 manat (9,1%),  informasiya və rabitə sahəsi üzrə 161 manat (10,7%) artım baş verib.

Seçilən
23
fed.az

1Mənbələr