AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Bassalu Sambunu cəzalandırıb.
QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
27 yaşlı hücumçu Azərbaycan kubokunun 1/4 finalında "Kəpəz”lə cavab oyununun 58-ci dəqiqəsində qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə də o, 2 oyunluq cəzalandırılıb.
"Neftçi" isə 1500 manat cərimə edilib.