Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, ABŞ administrasiyası Rusiya tərəfi ilə təmaslardan sonra BMT-nin Ukraynaya dəstək haqqında qətnaməsi ilə bağlı mövqeyini dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə Kaja Kallas CBS telekanalına bildirib.
BMT Baş Assambleyasında səsvermədən əvvəl Vaşinqton Rusiyanın hərəkətlərini pisləmədən, Avropadan ayrı olaraq sənədin öz versiyasını hazırlayıb.
“Biz Ukraynanı dəstəkləyən qətnamənin həmmüəllifləri idik. ABŞ-ın qəfil mövqeyini dəyişməsi bizim üçün sürpriz oldu. Qeyd etməliyəm ki, biz yeni administrasiya ilə birlikdə Ukraynanın qətnamə layihəsi hazırlamışıq. Lakin onlar Rusiya nümayəndələri ilə görüşəndə nə isə baş verdi, davranışları dəyişdi”, – deyə, Kaja Kallas bildirib.