2025-ci ilin Fevral ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3,3 milyon dollar artaraq 28 fevral 2025-ci il tarixində 10 milyard 991,8 milyon dollara çatıb.
Marja.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
31 yanvar 2025-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 10 milyard 988.5 milyon dollar təşkil etmişdi.