FIFA-nın sabiq prezidenti Zepp Blatter və onun UEFA-dakı həmkarı Mişel Platini yenidən məhkəmə qarşısına çıxarılır. 

Offsideplus.az xəbər verir ki, adıçəkilən keçmiş futbol funksionerləri 10 il öncə barələrində irəli sürülən dələduzluq ittihamı üzrə bir daha cavab verməli olacaqlar.

Blatter və Platini 2010-2011-ci illərdə 2 milyon İsveçrə frankını qeyri-qanuni yollarla mənimsəyərək, öz aralarında bölməkdə günahlandırılırlar. Hər iki şəxs məhz bu ittihama görə, 2015-i ildə FIFA-nın Etika üzrə Arbitraj Palatasının qərarı ilə vəzifələrndən kənarlaşdırılıb.

İddialara baxmayaraq, nə Blatter, nə də Platinin günahını sübuta yetirmək mümkün olub. Belə olan halda, 2022-ci cinayət işi bağlanılıb.

Lakin İsveçrə Federal Prokurorluğu aşağı instansiyanın qərarından şikayət verərək, məsələni ölkənin Cinayət İşləri üzrə Fövqəladə Apellyasiya Palatasına daşıyıb. İttihamçı tərəf futbol funksionerlərinin 20 aylıq həbsini tələb edir. Məhkəmə bu il martın 25-də keçiriləcək.

Xatırladaq ki, hazırda 88 yaşı olan Zepp Blatter FIFA-ya 1998-2015-ci illərdə rəhbərlik edib. Vaxtilə Fransa yığmasının heyətində AVropa çempionu titulunu qazanmış Mişel Platini isə UEFA-da 8 il prezident kürsüsündə oturub (2007-2015-ci illər).