AZ

Livanda qaz sızması faciəvi partlayışa səbəb olub

BAKI, TurkicWorld

Livanın Akkar şəhərində yanacaqdoldurma məntəqəsində qaz tankeri partlayıb, hadisə zamanı suriyalı qadın və üç uşağı həyatını itirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ötən gün Akkar şəhərində dəhşətli partlayış baş verib.

Qaz tankerinin partlaması nəticəsində bir ailənin dörd üzvü faciəvi şəkildə həlak olub, bir uşaq isə yaralanıb.

Rəsmi mənbələrin verdiyi məlumata görə, partlayış qaz sızması səbəbindən baş verib.

Hadisə yerinə dərhal təcili yardım və xilasetmə xidməti cəlb olunub.

Livan Qırmızı Xaç rəsmiləri cəsədləri və yaralıları bölgədəki xəstəxanalara çatdırıblar.

Seçilən
51
50
turkic.world

10Mənbələr