AZ

SOCAR-ın növbəti 10 ildəki hədəfləri açıqlanıb

Bakı. Trend:

Növbəti 10 il ərzində qarşımıza məqsəd qoymuşuq ki, təkcəneft-qaz şirkəti deyil, SOCAR milli enerji şirkətinə çevrilsin.SOCAR-ı 2050-ci ildə yerli, regional deyil, qlobal enerjitəhlükəsizliliyinə və iqlim davamlılığına töhfə verən enerjişirkəti kimi görürürük.

Trend xəbərverir ki, bunu SOCAR vitse-prezidentinin müavini Teymur QuliyevMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi:nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışızamanı deyib.

“Ortamüddətli hədəflərimiz var, hansı ki, bizi əmin edəcək ki,2050-ci ilədək olan hədəflərimizi yoxlayaq və düzgün yoldairəliləyək.

Şirkətin qarşıdakı hədəfləri 2030-cu ilə məşəldə rutinyandırmanın sıfıra endirilməsi, “Upstream” emissiyalarınınintensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə korporativemissiya intensivliyinin 30 faiz azaldılması, ümumi emissiyaların20 faiz azaldılması və 2050-ci ildə “xalis sıfır”a çatmaqdır.“Upstream” seqmentində sıfıra yaxın metan intensivliyi də hədəfgötürülüb”, - deyə T.Quliyev qeyd edib.

Məqalədə:
Seçilən
44
6
az.trend.az

6Mənbələr