AZ

Qəzzaya hücum: 2 ölü, 3 yaralı

İsrail ordusunun Qəzza zolağına açdığı atəş və hava hücumları nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

"Cebheinfo.az" “WAFA” agentliyinə istinadən xəbər verir ki, İsrail əsgərləri Qəzza zolağının cənub və şimalında dinc əhaliyə atəş açıb.

İsrail ordusunun cənubundakı Rəfah şəhərində açdığı atəş nəticəsində 2 fələstinlinin öldüyü, İsrailin Xan Yunus şəhərinə də hava hücumu təşkil etdiyi bildirilib.

Məlumatda İsrail ordusunun Xan Yunus şəhərinin əl-Məvasi bölgəsinə təşkil etdiyi hava hücumu nəticəsində 3 nəfərin yaralandığı bildirilib.

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rəfah bölgəsində intensiv uçuşlarını davam etdirdiyi bildirilib.

Xəbərdə atəşkəsin qüvvəyə mindiyi 19 yanvardan bəri İsrailin pozması nəticəsində həyatını itirən fələstinlilərin sayının 116-ya, yaralıların sayının isə 490-a yüksəldiyi bildirilib.

Seçilən
23
cebheinfo.az

1Mənbələr