AZ

Ötən il icbari tibbi sığorta hesabına icra edilən AVM əməliyyatlarının sayı AÇIQLANDI

Bakı. Trend:

Ötən il ərzində icbari tibbi sığorta hesabına 52 AVM əməliyyatıicra olunub.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindənməlumat verilib.

Bildirilib ki, Arteriovenoz malformasiyaların (AVM) cərrahimüalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi iləqarşılanır.

AVM-nin cərrahi müalicəsi onun yerləşdiyi bölgə, ölçüsü,xəstənin yaşı və digər amillər əsasında aparılır. Tibbi göstərişolduğu təqdirdə əməliyyat açıq üsulla icbari tibbi sığortaçərçivəsində icra olunur.

Məlumat üçün bildirək ki, xəstəliyin dəqiq diaqnozu üçün müasirdiaqnostik üsullar tətbiq edilir. Müayinələr sırasında MRT, KT,beynin bioelektrik fəaliyyətini ölçmək üçün elektroensefalogram(EEG), doppler və serebral angiografiya yer alır. Əlavə olaraq,əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizivə digər laborator müayinələr də tələb oluna bilər. Qeyd ediləninstrumental, funksional-diaqnostik və laborator tibbi xidmətləricbari tibbi sığorta hesabına göstərilir. Bununla yanaşı, stasionaryatış zamanı istifadə olunan dərman, tibbi sərfiyyat və gündəlikqidalanma da icbari tibbi sığortaya daxildir.

Bu əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibbmüəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iləmüqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlətorqanlarının tabeliyindəki) göndəriş vərəqəsi əsasında həyatakeçirilir.

Seçilən
11
az.trend.az

1Mənbələr