AZ

Ordubadda yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi bina bərpa olunacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı"nın 2025-27-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Oxu.Az-ın məlumatına görə, həyata keçirilən tədbirlərin davamı olaraq Ordubad şəhərində yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi bina bərpa ediləcək. Bununla bağlı artıq satınalma elan olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlətəsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində "Ordubad şəhərində yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması" məqsədilə satınalma gerçəkləşdirilib və layihə-smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilib. Təsdiq edilmiş layihəyə uyğun olaraq, satınalma keçirilir. Satınalma yekunlaşdıqdan sonra bərpa işlərinə başlanılacaq.
Məlumat üçün qeyd edək ki, bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.
Seçilən
136
31
oxu.az

10Mənbələr