AZ

AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)“Caspian Energy Club”un nümayəndələri ilə görüş keçirilib.

Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdəKonfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemindəaparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi,sağlamlığının qorunması, müalicə və istirahətinin təşkiliistiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələrbarədə danışıb.

Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurladavam etdirilir, yollayışların vahid məkandan verildiyi “Kurort”Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsiprosesi sadələşdirilib. Yaxın vaxtlarda “Layiqli Əmək Səfirləri”layihəsinə də start veriləcək. Görüşdə həmçinin ittifaq üzvləriüçün xüsusi endirimlər və bonuslar təqdim edəcək "AHİK Plus"proqramı barədə də məlumat verilib.

Vurğulanıb ki, Konfederasiya özəl sektorla əməkdaşlığa xüsusiönəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarındabirləşməsini, hər bir işçinin layiqli əmək şəraiti ilə təminolunmasını dəstəkləyir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınİqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri VüsalŞıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işlərixüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığınınvacibliyini vurğulayıb. Vüsal Şıxəliyev Ətraf Mühit, Sosial vəKorporativ İdarəetmə (ESG) prinsiplərindən, o cümlədən sosialtəşəbbüslərin, işçilərin sağlamlığının və təhlükəsizliyininqorunmasının önəmindən danışıb, sahibkarların sosial layihələrdəiştirakının əhəmiyyətini bildirib.

“Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyevklubun və üzv şirkətlərin fəaliyyətindən danışıb, ölkəmizdəyaradılmış əlverişli biznes mühitinin əhəmiyyətini qeyd edib.

Konfederasiya tərəfindən sanatoriyaların, istirahətmərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülənişləri yüksək qiymətləndirən Telman Əliyev “AHİK Plus” proqramıçərçivəsində əməkdaşlığın kluba daxil olan şirkətlər üçün dəmaraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə şirkət nümayəndələrinin təklifləri dinlənilib, suallarıcavablandırılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Konfederasiya sədri Sahib Məmmədova klubun fəxri üzvlüksertifikatı təqdim olunub.

Sonra “Caspian Energy Club”un nümayəndələri “Kurort” Turizmİnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiqedilən yeniliklərlə də tanış olublar.

AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
AHİK-də
Seçilən
21
15
az.trend.az

10Mənbələr