“SOCAR milli enerji şirkətinə çevrilməyi hədəfləyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.
“Bildiyiniz kimi, bugünkü gün SOCAR daha çox ənənəvi neft və qaz şirkətidir. Ancaq növbəti 10 ildə məqsəd qoymuşuq ki, SOCAR böyük milli enerji şirkətinə çevrilsin, 2050-ci ilə artıq yerli regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkəti olaq. Bizim hədəflərimiz yalnız 2050-ci ilə qədər deyil, həmçinin ortamüddətli hədəflərimiz var”, – deyə Teymur Quliye qeyd edib.