AZ

Ağdərə sakini: Yenidən doğma rayonumuza qayıtdığım üçün çox qürurluyam

Ağdərə, 3 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdərə rayonundan köçkün düşəndə 5 yaşım var idi. Bu gün yenidən rayonumuza qayıtdığım üçün çox sevinirəm və qürurluyam.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdərənin Həsənriz kəndinə köç edən Kəmalə Həsənova deyib.

“Mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər. İndiyə qədər yataqxanada məskunlaşmışdıq, artıq bundan sonra öz evimizdə yaşayacağıq. Prezidentimizə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı arzu edirəm. Şəhid analarının əlindən öpürəm”, – deyə o bildirib.

Seçilən
43
azertag.az

1Mənbələr