“1 led lampasının istifadə müddəti boyunca 10-dan çox közərmə lampası xarab olur. İstehlakçı bunu görmür, qısamüddətli hesablama aparır. Buna görə inzibati müdaxiləyə ehtiyac yaranır”.
“Qafqazinfo” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.
“7 Vt-lıq 1 led lampası 6 manatdır, 1 közərmə lampası isə 60 qəpikdir. Amma vətəndaş qısamüddətli hesablama ilə közərmə lampası alır. Hesablamalarımıza görə, 1 ildə 1 milyon lampanın satışa çıxarılmasından söhbət gedirsə, bu, 30 milyon kub metr qaza qənaət deməkdir. Bu isə Naxçıvanın 2 ayda istehlak etdiyi qaza bərabərdir”- deyə nazir müavini bildirib.
Nuranə Daxilqızı