AZ

Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının iclası keçirilib

Bakı. Trend:

Martın 3-də GUAM Parlament Assambleyasının (GUAM PA)videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.

Bu barədə Trend-ə MilliMəclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatverilib.

Bildirilib ki, əvvəlcə GUAM PA-nın komitələrinin və Bürosununiclasları keçirilib, gündəlikdə duran məsələlər müzakirə olunub,qurumun komitə iclaslarının yekunları, ötən sessiyasının yekunsənədinin layihəsi barədə və digər məsələlərə baxılıb, müvafiqqərarlar qəbul olunub.

Həmin gün GUAM Parlament Assambleyasının 17-ci sessiyasıkeçirilib. Sessiya çərçivəsində “GUAM üzvü olan dövlətlərinsuverenliyinin və ərazi bütövlüyünün, iqtisadi və humanitardayanıqlığının təmin edilməsi, ən ali məqsəd kimi” mövzusundakonfrans baş tutub.

Azərbaycan sədrliyi ilə keçirilən onlayn tədbiri giriş sözü iləaçan Milli Məclisin sədr müavini və GUAM PA-da nümayəndəheyətimizin rəhbəri Musa Qasımlı, konfransın mövzusu barədədanışıb.

Qeyd olunub ki, GUAM üzvü olan dövlətlərin suverenliyi, ərazibütövlüyü, iqtisadi və humanitar dayanıqlığı kimi mühüm məsələlərinmüzakirəsi günümüzdə müasir çağırışlar fonunda çox aktualdır.Bildirilib ki, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü yalnızbizim müstəqilliyimizin təməli deyil, həm də sabit və dayanıqlıinkişaf üçün zəruri şərtlərdir. Hər bir dövlətin müstəqilliyi üçünbu əsas dəyərlərin qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan üçün bu prinsiplər xüsusi əhəmiyyətkəsb edir. Təşkilata üzv ölkələr arasında siyasi, iqtisadi vəhumanitar sahələrdə dialoqu və əməkdaşlığı inkişaf etdirməkvacibdir. Bu, qarşılaşdığımız çağırışlara və təhdidlərə dahaeffektiv cavab vermək imkanı yaradacaq.

Musa Qasımlı qeyd edib ki, iqtisadi dayanıqlıq, dövlətlərininkişafını təmin etmək üçün əsas amillərdən biridir. “Yaşıl Dəhliz”kimi birgə layihələr, regiondakı iqtisadi əlaqələri daha damöhkəmləndirəcək və uzunmüddətli iqtisadi sabitliyi təminedəcək.

Milli Məclisin sədr müavini çıxışının sonunda xüsusi olaraqvurğulayıb ki, yalnız birgə səylərlə biz məqsədlərimizə çatabilərik. Suverenlik və ərazi bütövlüyü, iqtisadi və humanitardayanıqlıq yalnız sözlər deyil, bizim fəaliyyətimiziistiqamətləndirməli olan prinsiplərdir.

İclasda Gürcüstandan deputat Tornike Çeişvili, Moldovadandeputat Aleksandr Trubka və Ukraynadan deputat Svyatoslav Yuraşiştirak ediblər.

Tədbirdə GUAM PA-nın 17-ci sessiyasının yekun sənədi olaraqKommünike qəbul olunub.

Məqalədə:
Seçilən
60
3
az.trend.az

4Mənbələr