Martın 3-də Avropanın ən böyük müdafiə şirkətlərinin səhmləri Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi xərcləri kəskin şəkildə artırmaq planları fonunda 10 faizdən çox artıb.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg yazıb.
Ümumilikdə, sektorun dəyəri 30 milyard dollar artıb. Bu nəticəyə BAE Systems səhmlərinin 13 faiz, Saab AB-nin 11 faiz, Rheinmetall şirkətinin isə 16 faiz artımı səbəb olub.
Britaniyanın baş naziri Kir Starmer artıq müdafiə büdcəsinin 2027-ci ilə qədər digər ölkələrə yardımı azaltmaqla ÜDM-in 2 faizindən 2,5 faizinə qədər artırılacağını açıqlayıb. Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qeyd edib ki, xərclərin artırılması inteqrasiya olunmuş hava hücumundan müdafiə və dərin zərbə imkanlarının, pilotsuz uçuş aparatlarının, raketlərin, döyüş sursatlarının və silahlarda süni intellektin istifadəsinin inkişafına yönəldilməlidir.
Bəxtiyar CƏFƏRLİ