AZ

Qazaxın azad edilmiş kəndlərində indiyədək zərərsizləşdirilən minaların sayı açıqlanıb - RƏSMİ

Bakı. Trend:

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilinaprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, icra edilən əməliyyatlar zamanı 59.9 ha ərazitəmizlənib, 857 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinəmina və 38 ədəd partlamamış hərbi sursat aşkar edilərəkzərərsizləşdirilib.

Qeyd edilmiş ərazilərdə həm relyef çətinliyi, həm də minalarlayüksək səviyyədə çirklənmə mövcuddur.

Xatırladaq ki, ötən ilin delimitasiya işləri nəticəsində 12,7 kmuzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla AzərbaycanRespublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, AşağıƏskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun BağanısAyrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərininəraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindənnəzarətə götürülüb.

Məqalədə:
Seçilən
48
6
az.trend.az

7Mənbələr