AZ

İtaliya və Böyük Britaniya Qərbdə körpü rolu oynaya bilər – Meloni

BAKI, TurkicWorld

Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqını birliyə çağıraraq, Ukrayna müharibəsinin həlli üçün "güclü" və "tərəfdaşları ilə işləyən" İtaliyaya ehtiyac olduğunu vurğulayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Makron İtaliyanın Il Folio qəzetinə müsahibəsində Ukraynaya dəstəyin davamlı olması üçün Avropanın uzunmüddətli təhlükəsizlik zəmanətləri təqdim etməli olduğunu bildirib.

"Əgər biz avropalılar olaraq Ukraynaya dəstəyimizin uzunmüddətli perspektivdə etibarlı olmasını istəyiriksə, güclü təhlükəsizlik zəmanəti verə bilməliyik", – deyə Fransa lideri qeyd edib.

Makronun sözlərinə görə, Avropa İttifaqının güclü İtaliyaya ehtiyacı var, xüsusilə də Fransa və Almaniya ilə sıx əməkdaşlıq edən bir İtaliyaya.

Fransa lideri İtaliyanın sabiq baş naziri Mario Draqinin siyasətinə istinad edərək, indiki baş nazir Giorgia Meloninin də eyni xətti davam etdirməsinin vacib olduğunu vurğulayıb.

Makronun bu açıqlamaları İtaliyanın Avropa İttifaqındakı roluna dair müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə, Meloninin ABŞ-ın keçmiş prezidenti Donald Trampa yaxınlığı və Qərb daxilindəki geosiyasi gərginliklər fonunda Avropa liderlərinin vahid mövqe tutmasının əhəmiyyətini qabardıb.

İtaliyanın baş naziri Giorgia Meloni də dünənki çıxışında Qərbin parçalanma riskindən danışaraq, birlik mesajı verib.

"Cümə günü Oval kabinetdə Tramp və Zelenski arasında baş verən mübahisədən sonra Qərbin bölünmə riskinin qarşısının alınması çox vacibdir", – deyə o bildirib.

Meloni həmçinin vurğulayıb ki, İtaliya və Böyük Britaniya Qərb daxilində körpülərin qurulmasında mühüm rol oynaya bilər.

Seçilən
37
turkic.world

1Mənbələr