Rusiya ordusu Ukraynanın hərbi infrastrukturuna hücum edib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik hesabatında deyilir.
Zərbələrin hədəfi Ukrayna aerodromları, dron istehsal edən müəssisələr və hərbi anbarlar olub.
Müdafiə Nazirliyi qeyd edib ki, zərbə Rusiyanın uzaqmənzilli silahları ilə qurudan və havadan endirilib. Zərbələrin nəticələri barədə məlumat yoxdur.
Şəxsi heyətə gəlincə isə, Ukrayna qoşunlarının gündəlik itkiləri 1300 nəfəri keçib.
Bəxtiyar CƏFƏRLİ