AZ

Azərbaycanda elektrik şəbəkələrinin 60 %-dən çoxunun yenidən qurulmasına ehtiyac var - “Azərişıq”

Bakı. Trend:

Azərbaycanda elektrik şəbəkələrinin 60 %-dən çoxunun yenidənqurulmasına ehtiyac var.

Trend xəbərverir ki, bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov MilliMəclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr vəgözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Ramil Yusifov bildirib ki, regionlarda olan şəbəkələrinin əsashissəsi 1950-1960-cı illərdə qurulan şəbəkələrdir.

“İlk dəfə olaraq Azərbaycanda paylayıcı enerji şəbəkələrindəyerlə əlaqə olmayan, qısaqapanma səbəbindən işıq sönmələrinə səbəbolmayan materiallardan istifadə olunur. Bu materiallarda korroziyavə aşınma ilə əlaqədar təhlükəli hallar olmur, qəza halları daazalır. Hər il ümumilikdə 1,1 milyon kilovat-saat qənaət olunacaqelektrik enerjisi ortaya qoyacağıq. Enerji itkilərinin dinamikası2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə aşağı salınıb”, - deyəRamil Yusifov əlavə edib.

Məqalədə:
Seçilən
91
6
az.trend.az

7Mənbələr