Bakı. Trend:
Yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanmasımetodları üzərində işlər aparırıq.
Trend xəbərverir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru AzərMəmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi:nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışızamanı deyib.
Azər Məmmədov bildirib ki, İB-nin səmərəliliyini artırmaq və busahədə yeni strategiyalar qurmaq da prioritetlər sırasındadır.
“Orta müddətli strategiyanın əsas komponentlərindən biri enerjisəmərəliliyi ilə bağlıdır. Şəbəkəmizin 65 il əvvəl qurulduğununəzərə alaraq, biz yeni standartlara uyğun şəbəkə infrastrukturununqurulmasına xüsusi diqqət yetiririk. Bu həmçinin itkilərinazaldılması məqsədini də güdür. Köhnə şəbəkəmizdə hələ də itkilərmövcuddur və bu itkilərin daha effektiv şəkildə idarə edilməsi üçünyeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanmasımetodları üzərində işlər aparırıq. Ayrıca, rəqəmsallaşma vəməlumatların düzgün idarə edilməsi istiqamətində ciddi addımlaratılacaq”, - deyə baş direktor fikrini tamamlayıb.