AZ

Krımı PUA-dan qorumaq üçün “SuperREB” yaradılıb

“Rus qübbəsi” şirkətinin mütəxəssisləri Krım yarımadasını dronlardan qorumaq üçün effektiv elektron mübarizə (REB) sistemi yaradıblar.

Herbiand.az bildirir ki, bu barədə “SMİ2” məlumat yayıb.

Qeyd olunub ki, Krımın rəhbəri Sergey Aksenovun göstərişi ilə mühəndislər qrupu yığılıb və bir neçə aydan sonra yeni kompleks döyüş növbəsinə götürülüb. Yarımadada həmçinin, “Rus qübbəsi” də yaradılıb.

Tərtibatçılar “SuperREB” sisteminin sınaqlarını regionun ərazisində keçiriblər. Sınaq əməliyyatı zamanı kompleks Ukraynanın pilotsuz təyyarələrinin zədəsiz yerə enməsinə icazə verib. Onların konstruksiyasının öyrənilməsi elektron mübarizə sisteminin səmərəliliyini artırmağa imkan verib.

Sistem üzərində 150-dən çox insan çalışır. Kompleks rus proqram təminatı alıb. Yerli müəssisələr də kompleksin element bazası üçün komponentlər təqdim edirlər. Sistem 20 kilometr radiusda fəaliyyət göstərir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr