Misli Premyer Liqasında XXVIII turun oyun cədvəli məlum olub.
Fanat.Az xəbər verir ki, IV dövrənin ilk matçlarının yeri və vaxtı dəqiqləşib.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXVIII tur
28 mart (cümə)
19:30. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu
29 mart (şənbə)
16:45. “Neftçi” – “Araz-Naxçıvan”
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
30 mart (bazar)
16:00. “Kəpəz” – “Səbail”
Tovuz şəhər stadionu
18:00. “Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu