“Milan”ın baş məşqçisi Serjio Konseysao “rossoneri”nin baş məşqçisi vəzifəsindən mümkün istefası haqda söhbət açıb.
Arena.az məlumat verir ki, portuqal mütəxəssisi bu barədə söhbət salmağa, “Milan”ın İtaliya A Seriyasının 27-ci turu çərçivəsində doğma meydanda “Latsio”ya 1:2 hesablı məğlubiyyəti sövq edib:
“Mən ilk dəfə bu halı yaşayıram ki, müvafiq ab-havada çalışdırıram. Elə olur ki, sənin komandan topu ram edə, dəqiq ötürmələr verə bilmir. Hər şey gərək olduğu kimi olmur. Amma hətta müvafiq şəraitdə belə, komandam xasiyyətini nümayiş etdirdi.
Hazırda, yaranmış vəziyyətdən yeganə çıxış yolu – işləmək və qoruduğumuz rənglər uğrunda döyüşməkdir. Oyunçularım məşqlərdə mübət ismarışlar verirlər. Onlar çox yaxşı tərəqqi edirlər, başa düşmək gərəkdir ki, meydana belə çətin vəziyyətdə çıxanda, nəyəsə nəzarət etmək çox çətindir. Biz bunun üzərində çalışırıq. Mən inanıram ki, komandamda texniki cəhətdən güclü oyunçular var.
“İstefaya getmək haqda düşünmürəm”
Mən istefa haqda düşünürəmmi? Məni maraqlandıran xüsus – oyundan sonra futbolçularımın məyusluğunu görməməkdir. Əgər bu, kömək edərsə, mən daha çox işləməyə hazıram. Ona görə də istefaya getmək haqda düşünmürəm. Üstəlik, mənim, futbolçularım tərəfindən tam dəstəyim var”, – “La Gazzetta dello Sport” dərgisi Konseysaodan sitat gətirir.
Serjio Konseysao 2024-cü ilin dekabr ayının 30-da “Milan”ın sükanı arxasına gətirilib. 50 yaşlı portuqal mütəxəssis həmvətəni Paulo Fonsekadan “miras” qalmış “rossoneri”ni qəbul edib. “Milan” Portuqaliya nəhəngi “Portu” ilə möhtəəm uğurlarlara müvəffəq olmuş Konseysao ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Çalışdrıdığı müddətdə Konseysao “Milan”ı 17 oyuna çıxarıb, 8 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət yaşayıb. “Rossoneri”nin top fərqi isə 24:21 nisbətindədir.
Konseysao “Milan”a 2024/2025-ci illər mövsümü İtaliya Kubokunu qazandırıb. Amma buna rəğmən, “rossoneri”nin portuqal mütəxəssislə Çempionlar Liqasındakı macərası uğursuzluğa düçar olub. “Milan” yarışın 1/16 mərhələsində “Feyenoord”a məğlub olaraq (səfərdə 0:1; evdə 1:1) mötəbər yarışda mübarizəsinə xitam verib.
27 oyundan 41 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. A Seriyasında 58 xalla “İnter” başçılıq edir. “Milan” rəhbərliyi Konseysaonun qarşısına növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmaq tapşırığını qoyub. Bunun üçün “Milan” A Seriyasının ilk dördlüyündə yer almalıdır. Mövsüm irəlilədikcə, “Milan” bu imkanı da “əriyir”, belə ki, “rossoneri”ni 50 xalla A Seriyanın yarış cədvəlinin 4-cü pilləsində qərarlaşmış “Latsio”dan 9 xallıq fərq ayırır.
Əlavə edək ki, mətbuatda, Konseysaonun bu tapşırığın öhdəsindən gələ bilməyəcəyi halda istefaya göndəriləcəyi haqda xəbərlər dolaşır.