“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Kuboku ilə vidalaşmaları haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Fulhem”ə penaltilər seriyasında məğlub olduqları (əsas vaxt 1:1) görüşdən sonra bunları deyib:
“Hədəf Premyer Liqanı qazanmaqdır. Kuboka görə bir az əziyyət çəkə bilərik. Amma bir məqsədimiz var və ona fokuslanmışıq. Nə vaxt olacağını bilmirəm. Artıq oyunçuları və liqanı daha yaxşı anlamağa başlayıram”.
“Mançester Yunayted” Premyer Liqada 27 turdan sonra 33 xalla 14-cü sıradadır.