AZ

Avstriyanın yeni hökuməti and içdi: Kristian Ştoker kansler oldu – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avstriya Prezidenti Aleksandr Van der Bellen ölkənin yeni hökumətini and içirərək vəzifəyə təyin edib. Yeni hökumət Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial Demokrat Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) partiyalarının koalisiyası əsasında formalaşıb.

Hökumətin başçısı ÖVP lideri Kristian Ştoker seçilib. Andiçmə mərasimi Hofburq sarayında keçirilib və APA agentliyi tərəfindən yayımlanıb.

"Konstitusiyaya uyğun olaraq, Kristian Ştokeri federal kansler təyin edir və and içirirəm," - deyə Prezident Van der Bellen bəyan edib. Daha sonra o, Ştokeri təbrik edib.

Yeni hökumətdə SPÖ lideri Andreas Babler vitse-kansler vəzifəsinə gətirilib. NEOS partiyasının rəhbəri Beate Maynl-Rayzinqer isə ölkənin yeni Xarici İşlər naziri olub. ÖVP-dən Klaudiya Tanner müdafiə naziri postunu qoruyub saxlayıb, Gerhard Karner isə Daxili İşlər naziri kimi vəzifəsində qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr