AZ

“Ukraynanın hava hücumundan müdafiə sistemi çox yüklənib” - General-mayor

Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemi həddindən artıq yüklənib, onun işi xeyli mürəkkəbləşib.

Herbiand.az bildirir ki, bunu RBK-Ukrayna agentliyinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları bütün hava hücumundan müdafiə sistemləri və ərazilərindən yan keçir. Skibitski əlavə edib ki, Rusiya qüvvələrinin taktikası Ukraynanın hava hücumundan müdafiə sistemini həddindən artıq yükləyir və bu, vəziyyəti xeyli çətinləşdirib: “Ukrayna hava hücumundan müdafiə qüvvələri üçün döyüş başlıqları olan pilotsuz təyyarələri ayırd etmək çətindir. Rusiya Silahlı Qüvvələrinin taktikası qüvvə və vasitələrin manevr etmələrini tələb edir”.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada çatışmayan “Patriot” hava hücumundan müdafiə sistemlərinin sayını açıqlamışdı. Onun sözlərinə görə, ölkəyə 20 belə sistem lazımdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
26
herbiand.az

1Mənbələr