AZ

"Formula 1"ə ayrılmış pulları mənimsəməkdə ittiham olunan Çingiz Mehdiyevin məhkəməsinin növbəti prosesi keçirilib

Bakı. Trend:

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətininİdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevincinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbərverir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim LeylaƏsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlətittihamçısı çıxış edib.

Prokurur təqsirləndirilən şəxsin 3 il müəyyən vəzifə tutmaqhüququndan məhrum edilməklə, 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası 13 marta təyin olunub.

Qeyd edək ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitinimənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittihamedilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsindəaçılıb. İttihama görə, Ç.Mehdiyev, Formula 1 yarışları ərəfəsindəmarşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digərəşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb.Dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olanşirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmişpullar isə qəsdən mənimsənilib.

Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaqniyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsizanasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsiüçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqaviləbağlatdırıb.

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlətvəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyipulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pulvəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yoluilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı)maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxınqiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

İstintaq dövründə Ç.Mehdiyev 100 min manatı dövlət büdcəsinəödəyib.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr