AZ

Diz zədələri ilə bağlı yeni müalicə üsulu: İzi belə qalmır

Diz zədələri ilə bağlı yeni müalicə üsulu:

Ortopediya və Travmatologiya üzrə dosent Dr. Əziz Çataltepe ön çarpaz bağ yırtıqları və menisk zədələrinin qapalı cərrahi üsullarla daha sürətli və effektiv müalicə edildiyini bildirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu texnikalar ağrını azaldır, sağalma prosesini sürətləndirir və xəstələrin funksiyalarını tez bərpa etməsinə imkan yaradır.

Xüsusilə futbolçularda rast gəlinən bu zədələr artroskopik üsulla təmir edilir. Yeni texnologiyalar sayəsində sümük toxumasına minimal müdaxilə olunur, nəticədə sağalma daha rahat keçir.

Diz qığırdaqlarını qoruyan menisk zədələri bəzi hallarda fiziki müalicə və PRP ilə sağaldıla bilər. Əməliyyat tələb olunduqda qapalı üsulla həyata keçirilir, tikiş izləri olmur və bərpa müddəti qısalır.

Bu yeniliklər sayəsində idmançılar və xəstələr diz zədələrindən daha az əziyyət çəkir və tezliklə əvvəlki aktiv həyatlarına qayıda bilirlər.

E-saglam.az


Seçilən
30
e-saglam.az

1Mənbələr