AZ

Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun iclası keçirilib

Bakı. Trend:

3 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi ŞəxslərBirliyinin İşçi qrupunun iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dənməlumat verilib.

İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryoladministrasiyalarının əməkdaşları və nəqliyyat şirkətlərinin yüksəksəviyyəli rəsmiləri daxil olmaqla 10 ölkədən nümayəndə heyətiiştirak edib.

Tədbirdə qeyd olunub ki, Orta Dəhliz kimi tanınan Trans-XəzərBeynəlxalq Nəqliyyat Marşrutu son illərdə qlobal əhəmiyyətliyükdaşıma istiqamətlərindən birinə çevrilib. Bu marşrutla yüknəqlinin ildən-ilə artdığı, sürətli yük axınının təmin edilməsiüçün əməliyyatların səmərəliliyinin, rəqəmsal həllərin tətbiqininvə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

İclasda TBNM BA Hüquqi Şəxslər Birliyinin İcra orqanının 2024-cüildə fəaliyyətin yekunu üzrə hesabatı və Trans-Xəzər marşrutu ilədaşımaların təhlili dinlənilib. Həmçinin iştirakçılar 2025-ci ildəTBNM üzrə təsdiqlənmiş tarif dərəcələrinə düzəlişlər, rəqəmsallaşmahaqqında saziş layihəsi, eləcə də Xəzər dənizi limanları arasındafider bağlantısının təşkili və fider gəmilərin yüklənməsinin təminedilməsi haqqında saziş layihələrini müzakirə ediblər.

Tərəflər 2025-ci ildə TBNM üzrə yük daşımaları planını və icrasıilə bağlı tədbirləri razılaşdırıb, Bakı–Tbilisi–Qars dəmir yolu iləAvropaya konteyner daşımalarına üstünlük verilməsinin vacibliyiniqeyd ediblər.

Sonda İşçi qrupunun protokolu imzalanıb.

Qeyd edək ki, 4 mart tarixində Bakıda “Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi ŞəxslərBirliyinin növbəti tədbiri – Ümumi Yığıncağının iclasıkeçiriləcək.

Məqalədə:
Seçilən
26
14
az.trend.az

10Mənbələr