AZ

"Tıxaca görə dərslər onlayn rejimdə keçməli deyil" — AÇIQLAMA

Ötən həftə müşahidə olunan hava şəraiti bir daha göstərdi ki, universitetlərdə ən azı həftədə 2-3 gün onlayn təhsil tətbiq edilməlidir. Metro və avtobusların boş olması, şəhərdə hərəkətin xeyli azalması bu məsələnin nə qədər vacib olduğunu sübut edir.

Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O deyib ki,  tıxaca görə dərslər onlayn rejimdə keçməli deyil:

“Onlayn rejimdə dərsin olması təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək. İxtisaslı kadrların hazırlanması yönündə də ciddi problemlər yarana bilər. Bunun üçün dünya metodlarından istifadə etmək olar. Daha çox sərnişinlərin hərəkət etdiyi ərazilərə metro xətləri və yeni avtomobil yolları çəkilməlidir.  Bu, baş vermədikdə universitətlər qismən şəhərlərin kənarına köçürülməlidir. Bu yöndə nədənsə danışmaq olar və bu məsələni həll etmək olar. Amma dərslərin onlayn bir qayda olaraq keçirilməsi təhsilin keyfiyyətinə mənfi təsir edir. 2019-2021-ci illərdə kifayət qədər onlayn təhsil tədris olunub. Bu zaman da bir çox nöqsanlar aşkarlanmışdı. Ona görə də keyfiyyətə daha çox önəm verməliyik”.

Leyla Turan
Demokrat.az
Seçilən
42
demokrat.az

1Mənbələr