Azərbaycanlı Rafael Fiziyevin UFC313 yarışında qazanacağı qonorarın təxmini məbləği müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Rusiya mətbuatında dərc olunan məqalədə həmvətənimizə 150-200 min ABŞ dolları civarında pul mükafatı veriləcəyi yazılıb.

Fiziyev martın 9-da ABŞ-ın Las Veqas şəhərində yüngül çəki dərəcəsində yerli idmançı Castin Qeyci ilə qüvvəsini sınayacaq. Bu idmançılar 2023-cü ilin martında da üz-üzə gəlmişdilər və döyüş hakimlərin yekdil qərarı ilə C.Qeycinin xeyrinə başa çatmışdı. Həmin vaxt ABŞ təmsilçisi 1,2 milyon, Fiziyev isə dəfələrlə az - 170 min dollar qazanmışdı.

Nəzərə alsaq ki, o zamandan bəri C.Qeyci kəmərini itirib, indi onun qonorarı kifayət qədər az olacaq. Fiziyevə veriləcək pul mükafatının məbləğində isə ciddi fərq hiss olunmayacaq. Təşkilatçılar həmvətənimizə 150-200 min dollar məbləğində qonorar verməyi planlaşdırırlar.

Qeyd edək ki, Rafael indiyədək UFC-də 12 dəfə qələbə qazanıb, 3 döyüşdə uduzub.