AZ

Telefondan 3 gün istifadə etməmək beyin fəaliyyətinizi bu cür dəyişə bilər

Almaniyalı alimlər 72 saatlıq telefon qadağasının beyin fəaliyyətini dəyişdirdiyini aşkar ediblər.

Publika.az xəbər verir ki, Almaniyanın Heydelberq və Köln universitetlərinin alimləri smartfondan istifadənin beyin fəaliyyətinə təsirini araşdırıblar.

Araşdırmada 18-30 yaş arasında olan 25 iştirakçıdan 72 saat ərzində smartfon istifadələrini minimuma endirmələri istənilib. Yalnız əsas ünsiyyət və işlə bağlı fəaliyyətlərə icazə verilib.

Alimlər iştirakçıların beyin fəaliyyətini qiymətləndirmək üçün maqnetik rezonans tomoqrafiya (MRT) və psixoloji testlər aparıblar. Tədqiqatın nəticələri ilə məlum olub ki, smartfonlar beynin mexanizmləri və asılılıq ilə əlaqəli sahələrinə təsir göstərir.

Bu tapıntılar telefondan istifadənin nikotin və ya spirt kimi maddələrə bənzər bir asılılıq yarada biləcəyini göstərir. Beyində dopamin və serotonin sistemləri ilə bağlı dəyişikliklər müşahidə olunub. Bu iki kimyəvi maddə kompulsiv davranışlar və əhval nəzarəti ilə əlaqələndirilir və asılılığa səbəb olan elementlər sırasındadır.

Seçilən
33
publika.az

1Mənbələr