Artıq bir neçə saatdır ki, “Asan imza”dan istifadə etmək mümkün deyil. Nə “Asan imza” şəxsi kabinetə daxil olmaq, nə də “Asan login”də “Asan imza”dan istifadə edərək resurslara və xidmətlərə giriş mümkün deyil. Qaynar xəttə zəng etdikdə isə hal-hazırda əlaqə saxlamaq olmur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vətəndaşlar saytımıza öz şikayətlərini bildiriblər.
Ölkədə səhər saatlarından onlayn sistemdə problem var “Asan imza” sistemi dayanıb və bu sistem dayandığı üçün bankların, “Dövlət Vergi Xidməti”nin, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nin elektron xidmətlərindən hazırda istifadə etmək mümkün deyil.
“Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Ölkədə onlayn sitemdə baş verən problemlərin səbəbi nədir? Asan imza sisteminin dayanmasına səbəb haker hücumları ola bilərmi? Bu kimi hallarda vətəndaşlar elektron xidmətlərdən necə istifadə etsin?