AZ

Gürcüstanda yeni seçki keçirilir?

Hakim partiya "Gürcü Arzusu – Demokratik Gürcüstan"ın baş katibi, Tbilisi meri Kaxa Kaladze müxalifətin yeni parlament seçkilərinin keçirilməsi tələbinin "cəfəngiyyat və absurddan ibarət olduğunu" bildirib. 

"Bu, adi bir cəfəngiyyat və absurddur, bunu yüz faiz əminliklə deyə bilərəm. Bir neçə aydan sonra Gürcüstan Prezidenti Mixeil Kavelashvilinin təyin edəcəyi yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Əgər kimsə öz gücünü göstərmək istəyirsə, buyursun, yerli seçkilərdə iştirak etsin və öz nəticələrinə baxsın", – deyə Kaladze gürcü jurnalistlərinə açıqlamasında bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Kaladzenin sözlərinə görə, növbəti parlament seçkiləri 2028-ci ildə keçiriləcək. Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da baş tutub. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, hakim partiya seçkilərdə 54% səs toplayaraq qalib gəlib. Lakin müxalifət və həmin dövrdə Gürcüstan prezidenti olan Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina ediblər. 

Seçilən
30
cebheinfo.az

1Mənbələr