AZ

"Real" onu yayda satacaq: Yerinə 2 namizəd var

"Real"ın fransalı müdafiəçisi Ferland Mendi yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Bildirilir ki, Florentino Peresin başçılıq etdiyi Madrid nəhənginin rəhbərliyi 29 yaşlı futbolçunun komandada gələcəyini görmür. Klub növbəti transfer pəncərəsində fransalı futbolçunu satmağa çalışacaq.

Mendinin yerinə “Milan”dan Teo Ernandes və “Jirona”dan Migel Qutyerresin transfer edilməsi nəzərdə tutulur.

Seçilən
53
publika.az

1Mənbələr