AZ

Changan Azərbaycan ikinci filialını Babəkdə açdı

Bakı. Trend:

Fevralın 28-də “Changan Azərbaycan”ın Babəkprospekti 74A ünvanında ikinci rəsmi satış mərkəzinin açılışmərasimi baş tutub. Bununla da yeni bir mərhələnin başlanğıcınıqeyd edən “Changan” Azərbaycanda fəaliyyətini genişləndirərəkmüştərilərinə daha yaxın olmağı hədəfləyib.

Açılışda Changan-ın İcraçı Vitse-Prezidenti İrven Li vənümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, “Changan”ın Azərbaycandakı tək rəsmi distribütoruolan “SR Auto” yalnız bir avtomobil şirkəti deyil - bazarıninkişafına yön verən, müştəri məmnuniyyətini əsas tutan və premiumavtomobil həlləri təqdim edən bir qurumdur.

“Changan”ın Azərbaycandakı genişlənməsi də məhz “SR Auto”ungələcəyə baxış strategiyasının bir parçasıdır. Brendin Babəkfilialının açılış mərasimində “SR Auto”un CEO-su Toğrul Paşayevçıxış edib. O, yeni filialın açılışı ilə təkcə yeni bir avtomobilmərkəzi təqdim etmədiklərini, həm də müştərilərinə daha rahat vəkeyfiyyətli xidmət göstərmək üçün yeni imkanlar yaratdıqlarınıbildirib.

Bir sıra tanınmış şəxslərin, bloqer və media mənsublarının daiştirakı ilə rəng qatılan “Changan”ın Babək filialının açılışmərasimində daha sonra çıxış üçün söz MDB Biznes Birliyinin başmeneceri, “Changan”ın qlobal nümayəndəsi Viktor Sana verilib. O,"Changan"ın dünyada ən yaxşı avtomobil brendlərindən biri olduğunuvə Bakıdakı yeni filialın açılışı ilə unikal, maraqlı dizaynı olanvə texnoloji cəhətdən kifayət qədər zəngin avadanlıqla təchizedilmiş bir brendlə müştərilərin qarşısına çıxdıqlarınıbildirib.

Sonda isə “Changan”ın Azərbaycandakı rəsmi distribütoru –“Azərbaycan Avtomobil Evi “MMC-nin rəhbəri Orxan Bayramov mediamənsublarının suallarını cavablandıraraq brendin yeni filialınınaçılış mərasimi ilə bağlı öz təəssüratlarını bölüşüb: “Məqsədimizüstün keyfiyyət və müasir texnologiyanı daha geniş auditoriyayaçatdırmaqdır. Bu tədbir "Changan"ın yalnız yeni xidmət və satışmərkəzinin açılışı deyil, "Changan"ın Azərbaycandakı mövqeyinigücləndirən bir addımdır”.

Tədbir müzakirələrlə yekunlaşıb və iştirakçılar onlarımaraqlandıran sualları mütəxəssisələrə ünvanlamaq imkanı əldəediblər.

Sonda iştirakçılara hədiyyələr təqdim olunub.

“Changan”ın Babək filialının açılış mərasimindənvideogörüntüləri təqdim edirik:

https://www.youtube.com/watch?v=Deuh6pbKUko

Seçilən
31
2
az.trend.az

4Mənbələr